Azərbaycanda fermerlərə 23 mln. 147 min 465,35 manat məbləğində subsidiya veriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Subsidiyaların verilməsinə dair qərar Respublika Komissiyasının növbəti iclasında qəbul edilib.
“28 rayon üzrə 105,246 min istehsalçıya 306 min 261,11 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına (hər hektara görə 50 manat), habelə buğda və çəltik əkininə görə 21 mln. 112 min 973,1 manat məbləğində (hər hektara görə 40 manat) subsidiya ayrılacaq”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, 29 rayon üzrə 3,443 min barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 406 min 898,45 kiloqram yaş baramanın hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2 mln. 34 min 492,25 manat məbləğində subsidiya ayrılacaq.*
Ə.Məmmədov