Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin icrasını təsdiq edib.
Fondun büdcəsi dövlət başçısının saytında dərc olunub.
2018-ci ildə ARDNF-in gəlirləri 17 mlrd. 614,128 mln. manat (115% icra olunub), xərcləri 11 mlrd. 455 mln. 597,5 manat (99,8% icra olunub) təşkil edib.
Beləliklə, ARDNF-in 2018-ci il büdcəsinin profisiti 6 mlrd. 158 mln. 530,5 manat və ya fondun gəlirlərinə nisbətən 35% təşkil edib.
2018-ci ildə fondun gəlirlərinin strukturunda 16 mlrd. 645 mln. 569,3 min manat (bütün gəlirlərin 94,5%-i) Azərbaycanın mənfəət nefti və qazının satışından daxilolmaların, xərclərin strukturunda 10 mlrd. 959 mln. manat (bütün xərclərin 95,7%-i) dövlət büdcəsinə transfertlərin payına düşüb.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
Ə.Məmmədov