Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Quo Mini qəbul edib.
“Tərəflər iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın mövcud səviyyəsini müzakirə ediblər”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Nazir Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına verdiyi dəstəyi yüksək qiymətləndirib.
Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirən diplomat iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.*
F.İsazadə