Prezident İlham Əliyev bu gün XV Avropa Gənclər Yay Olimpiya Festivalını («EYOF Baku-2019») açıq elan edib.
XV Avropa Gənclər Yay Olimpiya Festivalı 20-28 iyul tarixlərində Bakıda keçirilir. Festivalda Avropanın 50 ölkəsindən 3,6 mindən artıq gənc idmançının (14-18 yaş) və texniki heyətin iştirakı gözlənilir. 12 idman obyektində keçiriləcək yarışlarda atletlər idmanın 10 növü – bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Tədbirə 2,5 mindən çox könüllü cəlb edilib.*
F.İsazadə