2019-cu ilin yanvar-may aylarında Azərbaycana 146,9 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-may aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $49 mln. 697,7 min (artım 18,8%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $2 mln. 990,5 min dəyərində (azalma 34,1%) 14 min 244,6 ton sement və sement klinkeri (azalma 29,5%) idxal edilib.
Yanvar-may aylarında respublikaya $22 mln. 561,8 min dəyərində (artım 7,9%) 19 min 234,7 ton (artım 20%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $85 mln. 423,1 min dəyərində 115,2 min ton metalyayma məhsulu (azalma 2,7%), $33 mln. 675,5 min dəyərində 60 min 645,5 ton qara metaldan hazırlanan çubuqlar (artım 20,7%), $10 mln. 434,5 min dəyərində 14 min 374,9 ton qara metaldan hazırlanan günyə (artım 15,9%), $107 mln. 580 min dəyərində (azalma 6,9%) 73 min 505,8 ton qara metaldan hazırlanan boru (azalma 23,3%) idxal edilib.**
N.Abbasova