2019-cu ilin I yarısında "Rabitəbank” aktivlərini 20,8% - 611,404 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il iyunun 30-na bankın kredit portfeli 346,502 mln. manat (artım 9%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 516,877 mln. manata (azalma 24,3%) bərabərdir.
Birinci yarımilliyin sonuna bankda depozitlər 186,431 mln. manat (azalma 11,6%) məbləğində olub.
İyul ayının əvvəlinə “Rabitəbank”ın kapitalı 94,527 mln. manat (artım 5,2%), nizamnamə kapitalı 101,3 mln. manat (dəyişməyib) təşkil edib.
2019-cu ilin I yarısının yekunları üzrə bankın xalis mənfəəti 4 mln. 835 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 15,5 dəfə) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.*
A.Əzizov