Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 1 mln. manat məbləğində vəsaitin ayırlması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müvafiq sərəncam bu gün prezidentin saytında dərc olunub.
Vəsait qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılıb.*
F.İsazadə