“TurStat” analitik agentliyi yayda aktiv istirahət və trekinq üçün Rusiya və MDB ölkələrinin dağ kurortlarının reytinqini təqdim edib.
“TurStat”ın araşdırmasına görə, Rusiyada və MDB ölkələrində fəal yay istirahəti üçün məşhur olan kurortların və gəzməli yerlərin ilk onluğuna Soçidə Krasnaya Polyana, Qazaxıstanın Almatıda Çimbulak, Krım Respublikasında Krım dağları, Azərbaycanda “Şahdağ” kurortu, Qaraçay-Çərkəzdə Dombay, Dağlıq Altayda Katun silsiləsi, Kabardin-Balkar Respublikasında Elbrus ətrafı, Kemerovo vilayətində Şeregeş, Murmansk vilayətində Xibinı, Qırğızıstanda isə Karakol (Qaragöl) daxildir.
Dağ kurortlarının reytinqi populyarlıq, infrastrukturun inkişafı və nəqliyyat imkanlarının təhlili nəticəsində tərtib edilib.*
F.İsazadə