2019-cu ilin birinci yarısında Azərbaycana 1 mln. 410,7 min nəfər turist gəlib, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 6,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin yanvar-iyun aylarında Aszərbaycana gələn turistlərin sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 6,5% - 1 mln. 410,7 min nəfərə qədər artıb. Rusiya Federasiyasından gələn turistlərin xüsusi çəkisi 29,4%, Gürcüstandan – 24,3%, Türkiyədən – 10,5%, İrandan – 7,5%, Birləşmiş Ərəb Əmirliklərindən – 2,4% təşkil edib”, - Komitədən bildirilir.
Eyni zamanda, turistlərin 68%-ni kişilər, 32%-ni isə qadınlar təşkil edib.
2019-cu ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3% artaraq 66,5 min nəfərə qədər, MDB ölkələrindən gələnlərin sayı 5% - 502,5 min nəfərə qədər artıb.
Eyni zamanda, hesabat dövründə Azərbaycana Çindən gələn turistlərin sayı 77,1%, Türkmənistandan – 81%, Misirdən – 83,1%, Hindistandan – 80,3%, Səudiyyə Ərəbistanından – 76,7%, Macarıstandan – 52,4%, Böyük Britaniyadan – 35,7%, Kanadadan – 30,8%, Cənubi Koreyadan – 29,5%, Yaponiyadan – 24,6%, Almaniyadan – 27,2%, Pakistandan – 24,4%, Polşadan – 20,2%, Gürcüstandan – 22,8% artıb.
Ölkəmizə gələn turistlərin 59%-i dəmir yolu və avtomobil, 40,2%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 25,8% - 2 mln. 540,9 min nəfərə qədər artıb. Eyni zamanda, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4%, Gürcüstana gedənlərin sayı 11,3%, Rusiya Federasiyasına gedənlərin sayı 7,3%, Türkiyəyə gedənlərin sayı isə 1,4% artıb.
“Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,4%-i dəmir yolu və avtomobil, 15,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib”, - Komitədən qeyd olunur.**
N.Abbasova