Rusiya və Türkiyənin aviasiya sahəsində işlənmələr üzrə bir neçə birgə layihələri var. Bunu “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“Bizim perspektivli aviasiya və helikopter komplekslərinin, zirehli texnika üçün dəstləşdirmə məmulatlarının hazırlanması, satılmış silaha satışdan sonra dövrdə xidmət üzrə bir sıra birgə layihələrimiz var”, - Çemezov qeyd edib.
“Türkiyə Rusiyada istehsal edilən ən yeni döyüş modulları, müxtəlif məsafəli hava hücumundan müdafiə vasitələri və tank əleyhinə müdafiə kompleksləri ilə maraqlanır”, - Çemezov bəyan edib. **