2019-cu ilin I yarısında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 7% - 8 mlrd. 487,726 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Cari ilin yanvar-iyun aylarında bankın kredit portfeli 4,9% - 2 mlrd. 16,858 mln. manatadək artıb.
I yarımilliyin sonuna bankın öhdəlikləri 7 mlrd. 17,793 mln. manata (yanvar-iyun aylarında artım 3,6%) bərabərdir.
Hesabat dövrünün sonuna ABB-nin depozitlərinin həcmi 4 mlrd. 625,104 mln. manat (artım 13,3%) təşkil edib.
30 iyun 2019-cu il tarixinə bankın kapitalı 1 mlrd. 469,933 min manat (artım 25,5%) təşkil edib. ASC-nin nizamnamə kapitalı 1 mlrd. 241,287 mln. manata (dəyişməyib) bərabərdir.
Yanvar-iyun aylarında fəaliyyətinin yekunları üzrə ABB 300,34 mln. manat (2018-ci ilin I yarısı ilə müqayisədə artım 30,7%) xalis mənfəət əldə edib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.**
A.Əzizov