Xarici İşlər naziri Elmar Məmmədyarov Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskası diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib.
“Məmmədyarov və Lastauskas iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivlərini müzakirə ediblər”, - XİN-in mətbuat xidməti məlumat verir.
Diplomat ölkələr arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə, parlamentlər arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirdi.
Məlumata əsasən, həmsöhbətlər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi apardılar.
Məmmədyarov səfir Valdas Lastauskasın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi. **
N.Abbasova