Nazir Elmar Məmmədyarov bazar ertəsi İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Məmmədyarov və Əl-Habaşneh ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi apardılar”, - XİN-İn mətbuat xidməti məlumat verir.
Məmmədyarov səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi. **
N.Abbasova