2019-cu ilin birinci yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 112 mln. 108,8 ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 81,9% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,1% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artıb.
Hesabat dövründə dəmir yolu ilə 6 mln. 991,5 ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəricisindən 3,2% çoxdur.
Dəniz nəqliyyatı ilə 3 mln. 52,3 min ton (azalma 28,9%), avtomobil nəqliyyatı ilə 72 mln. 225,3 ton (artım 2,5%), hava nəqliyyatı ilə 94,3 min ton (azalma 5,9%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 19 mln. 744 min ton neft (azalma 2,9%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
N.Abbasova