Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqınlar və məcburi köçkünlər üçün salınan qəsəbələrdə avtomobil yollarının təmiri məqsədilə xidmətlərin seçiminə dair tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Komitəsindən məlumat verilib.
Tender 3 lot üzrə elan olunub:
Lot-1-ə Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan qəsəbənin ərazisində daxili yolların təmiri daxildir.
Lot-2-i Goranboy rayonunda məcburi köçkünlər üçün salınan qəsəbənin ərazisində daxili yolların təmirindən ibarətdir.
Lot-3-ə Fizulu və Saatlı rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbənin ərazisində daxili yolların təmiri daxildir.
Hər lot üzrə tenderdə iştirak haqqı 1 min manatdır.
Tenderdə iştirak üçün təkliflər avqustun 14-dək qəbul olunur. Təkliflər avqustun 15-də açılacaq. **
Ə.Məmmədov