2019-cu ilin yanvar-iyun aylarında Gürcüstan ərazisində boru kəmərləri ilə neftin tranziti 133,9 mln. barel təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 4,7% azdır. Bu barədə “Gürcüstan Neft və Qaz Korporasiyası” SC (GOGC) məlumat verir.
Cari ilin 6 ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri ilə Türkiyə istiqamətində 120,5 mln. barel Azərbaycan neftinin tranziti həyata keçirilib (azalma 3,1%). Baki-Supsa qərb istiqamərinin boru kəməri ilə (WREP) Gürcüstanın Qara dəniz sahilində terminala qədər 13,4 mln. barel neft nəql olunub (azalma 17,3%).
BTC ilə neft tranziti 2005-ci ilin sentyabr ayından etibarən, WREP ilə - 1999-cu ilin aprel ayından etibarən həyata keçirilir. Hər iki neft kəmərinin operatoru Böyük Britaniyanın BP şirkətidir. **