Azərbaycan prezidenti İlham Əliyev Malayziya ilə iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edir.
Bu barədə prezident İlham Əliyev çərşənbə axşamı Malayziyanın Azərbaycandakı yeni səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul Onun sözlərinə görə, Azərbaycan qeyd olunan istiqamətlərdə Malayziya ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Həmçinin prezidenti Yubazlan Bin Yusofun səfirlik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. **
F.İsazadə