Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ilin 27-29 noyabr tarixlərində Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunda (Gas Exporting Countries Forum, GECF) iştiraka dəvət olunub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilir.
Xarici İşlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanı (Santiago Mba Eneme Nsuga) qəbul edib.
Görüş zamanı Nsuqa 2019-cu ilin 27-29 noyabr tarixlərində Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunda iştirak ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu ali ünvan sahibinə çatdırılması məqsədilə Elmar Məmmədyarova təqdim etdi.
Xəbər verildiyi kimi, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 23 noyabr 2015-ci ildə Tehranda keçirilmiş iclasında təşkilata müşahidəçi qismində qəbul edilib. Eyni zamanda, respublikanın keçmiş energetika naziri Natiq Əliyev bəyan eib ki, Azərbaycana Foruma tamhüquqlu üzv olmağı təklif olunub, lakin Azərbaycan tərəfi “tamhüquqlu üzvlüyü vaxtsız olduğunu” hesab edərək təşkilatda müşahidəçi olmağı qərar alıb. **
N.Abbasova