Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərin maddi təminatının yaxşılaşdırılmasına yönələn dəyişiklikləri təsdiq edib.
Dövlət başçısının saytında dərc olunan dəyişikliklərə əsasən, Ali Məhkəmə hakiminin aylıq vəzifə maaşı Milli Məclisin sədrinin aylıq vəzifə maaşına uyğunlaşdırılır.
Bundan əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.
Həmçinin, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir.
Qanuna dəyişikliklər 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir. **
F.İsazadə