Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibini təsdiq edib.
Sərəncamın mətni çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.
Birgə Komissiyanın həmsədri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təyin olunub.
O cümlədən, Birgə Komissiyaya xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, energetika nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, təhsil nazirinin müavini, səhiyyə nazirinin müavini, mədəniyyət nazirinin müavini, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini və Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri daxil edilib. **
F.İsazadə