2019-cu ilin birinci yarısında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,8% - 999,8 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 82,5% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72,1%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 720,8 mln. manatlıq (artım 15,3% - İF-Az) xidmət göstərilib.
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 42,2%-i və ya 421,5 mln. manat (artım 0,4%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.**
N.Abbasova