Türkiyənin “ABC Deterjan San ve Tic A.Ş.” şirkəti Azərbaycanda kimya sənayesi məhsullarının birgə istehsalını təşkil edə bilər. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilir.
İqtisadiyyat naziri Şahin Mustafayevin “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin İdarə Heyətinin rəhbəri Mustafa Başer ilə görüşü zamanı bu məsələ müzakirə olunub.
“Başer təmsil etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib, şirkətin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu diqqətə çatdırıb. Həmçinin tərəflər kimya sənayesi məhsulları istehsalı sahəsində əməkdaşlıq, bu sahədə birgə müəssisənin yaradılması barədə müzakirələr aparıblar”, - nazirlikdən qeyd olunub. **
Ə.Məmmədov