Qara dənizin şelf zonasında “Delfin” karbohidrogen sahəsinin işlənməsi üçün tenderdə müvafiq komissiya “Caspian Drilling International” və “Trident Black Sea” şirkətlərinin ərizələrini eyni bal ilə qimətləndirib (170 bal).
Bu barədə komissiyanın 10 iyul tarixli qərarının layihəsində qeyd olunur.
Sənədə əsasən, ARDNŞ-nin (SOCAR) törəmə şirkəti “Caspian Drilling” qalib gələcəyi halda layihənin onuncu ilinin sonuna (əsas ssenariyə görə) 32 quyu qazmağı planlaşdırır. O cümlədən, illik 5 mlrd. kubmetr qaz hasilatına nail olmaq, həmçinin 13,5 mlrd. kubmetr həcmində ümumi hasilat əldə etmək nəzərdə tutulur. Bu ssenariyə görə, investisiyaların həcmi $1 mlrd.-ı keçə bilər. **