Azərbaycan prezidenti İlham Əliyev gənclər və idman naziri Azad Rəhimovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Rəhimov “gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə” orden ilə təltif edilib.
Bundan başqa, nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Ümumilikdə, Əliyev Gənclər və İdman Nazirliyinin 20-dən çox əməkdaşını orden və medallarla təltif edib. **
Ə.Məmmədov