2019-cu ilin birinci yarısında Azərbaycanda baş verən partlayışlar nəticəsində qurbanların sayı 9 nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumata əsasən, 2019-cun ilin yanvar-iyun aylarında Azərbaycanda 41 partlayış hadisəsi baş verib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 10% çoxdur.
9 nəfər partlayışların qurbanı olub (artım 12,5%), daha 60 nəfər xəsarət alıb (artım 87,5%).**
F.İsazadə