Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva Avstraliyanın Rayd şəhəri ilə Xankəndi (Azərbaycan, Qarabağ) arasında “dostluq əlaqələrinin yaradılması”na dair sənədi hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etməyən “kağız parçası” hesab edir.
“Belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir və yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edir”, - Abdullayeva “İnterfaks-Azərbaycan”a bildirib.
O xatırladıb ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir:
Dünən Rayd şəhər Şurası Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması”na dair sənəd qəbul edib. Rayd Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir.
Rayd şəhər Şurası cəmi 2 nəfərdən ibarətdir, “sənədin” təşəbbüskarı erməni əsilli Sarkis Yedelyandır. **
F.İsazadə