Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklikləri təsdiq edib.
Əliyevin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub.
Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakı qaydada müəyyən edilir: məktəbəqədər təhsil müəssisələri 2 min manat, ümumi təhsil müəssisələri 5 min manat, məktəbdənkənar təhsil müəssisələri 5 min manat, peşə təhsili müəssisələri 10 min manat, orta ixtisas təhsili müəssisələri 12 min manat, ali təhsil müəssisələri 20 min manat, əlavə təhsil müəssisələri 12 min manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr 12 min manat. **
Ə.Məmmədov