Azərbaycan prezidenti İlham Əliyev Boris Consonu Böyük Britaniyanın baş naziri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.
“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm”, - çərşənbə günü dövlət başçısının saytında dərc olunan Əliyevin təbrik məktubunda deyilir.
Əliyev Azərbaycanın neft-qaz yataqlarının işlənməsində, enerji ehtiyatlarının hasilatı və onların dünya bazarlarına ixracı sahəsində Britaniya şirkətləri ilə səmərəli fəaliyyəti vurğulayıb.
“İnanıram ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı istiqamətində Sizinlə birgə səylər göstərəcəyik”, - təbrik məktubunda qeyd olunur. **
Ə.Məmmədov