Prezident İlham Əliyev çərşənbə günü “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanununda dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, dövlət büdcəsinin gəlir və xərclərinin ümumi məbləği dəyişməyib.
“Müdafiə xərcləri” maddəsi üzrə 150 mln. manat məbləğində əlavə vəsait yönəldiləcək. Onların həcmi 3 mlrd. 187 mln. 618,152 min manatadək (cari məzənnə ilə $1,88 mlrd.-a yaxın) artacaq. Beləliklə, 2019-cu il dövlət büdcəsində müdafiə xərcləri 4,9% artacaq.
Əvəzində isə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayrılan vəsaitin məbləği 150 mln. manat azaldılır.
Bundan başqa, parlamentdə DSMF-nin büdcəsinə dəyişikliklər də təsdiq edilib. Dəyişikliklərə əsasən, cari ildə fondun gəlir və xərcləri 200 mln. manat - 4 mlrd. 128,104 mln. manatadək artırılır.
İşsizlikdən Sığorta Fondunun büdcəsinə edilən dəyişikliklər də təsdiqlənib. Bu dəyişikliklərə əsasən, cari ildə fondun gəlir və xərcləri 15 mln. manat - 98 mln. 451,4 min manatadək artırılır.**
Ə.Məmmədov