Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Geodeziya və Kartoqrafiya” MMC “DRON” tipli pilotsuz uçuş aparatlarının və aeroçəkiliş məlumatlarının emalı üçün yerüstü geodeziya kompleksinin alınması ilə bağlı tenderi ləğv edib.
“Bütün iddiaçıların tender təkliflərində qeyd etdiyi qiymət tender predmetinin nəzərdə tutulan məbləəğindən yüksək olması ilə əlaqədar bütün iştirakçılar tender prosedurundan uzaqlaşdırıblar, tenderin nəticələri isə ləğv olunub”, - “İnterfaks-Azərbaycan”a cəmiyyətdən bildiriblər.
Tender 2019-cu il aprelin 24-də elan edilib. Tender proseduru iyunun 12-də baş tutub. **
N.Abbasova