Asiya İnkişaf Bankı vergi siyasəti və inzibatçılığın möhkəmlənməsi üçün Azərbaycana $100 min məblğində texniki yardım ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilir.
“Vergilər və Maliyyə nazirliklərinə texniki yardım çərçivəsində vergi daxilolmalarının idarə olunmasının yaxşılaşdırılması və neft gəlirlərindən fiskal asılılığın azaldılması məqsədilə daxili resursların mobilizasiyasına yönələn siyasətin təhlili üçün yardım göstəriləcək”, - AİB-dən qeyd ediblər.
Texniki yardım vergi risklərinin qiymətləndirilməsi, vergi borcuna nəzaerət və onun toplanılması, insan resurslarının inkişafı, vergi apelyasiyası sistemi və vergi siyasətinin təhlili prosedurları kimi istiqamətləri əhatə edəcək.
“Layihənin yekunları üzrə ölkədə qeyri-neft fiskal mövqeyin yaxşılaşdırılmasını, vergi inzabıtçılığı informasiya sisteminin, o cümlədən, vergi apelyasiyası sistemi və vergi borcunun təkmilləşdirilməsini gözləyirik. Bundan əlavə, biz Vergilər Nazilriyinin əməkdaşlarının vergi inzabitçılığı məsələləri üzrə və Maliyyə Nazirliyinin əməkdaşlarının vergi siyasətinin təhlili üzrə potensialının artırılmasına yönəlmişik”, - bankdan əlavə ediblər.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana $4,2 mlrd. kredit ayırıb.**
Ə.Məmmədov