“Bakı Metropoliteni” QSC metal məmulatlarının satınalınması, asfalt beton təmir işlərinin həyata keçirilməsi, video, audio sisteminin quraşdırılması üzrə 5 mln. 9 min 245,76 manat ümumi məbləğində 11 müqavilə imzalayıb.
www.tender.gov.az saytrının məlumatına əsasən, Unimetal MMC, Hemat Trade MMC və CASPİNOX MMC ilə 1 mln. 903 min 723,5 manat ümumi məbləğində müxtəlif növ metal məmulatlarının satınalınması üzrə müqavilələr imzalanıb.
“Bakı Metropoliteni” Təməl -M MMC ilə 397 min 152,6 manat ümumi məbləğində iki podrat müqavilə bağlayıb. Həmin müqavilələr QSC-nin müxtəlif obyektlərində asfalt beton təmir işlərinin satınalınmasını nəzərdə tutur.
O cümlədən, cəmiyyət Polimart MMC və Caspian Energy Group MMC ilə Santexnika mallarının satınalınması üzrə 1 mln. 474 min 434,34 manat ümumi məbləğində iki müqavilə imzalayıb.
Bundan başqa, “Bakı Metropoliteni” Azlubritech MMC ilə Avtomobil, maşın və mexanizmlər üçün sürtgü yağlarının satın alınmasına dair 670 min 996,2 manat məbləğində müqavilə imzalayıb.
İnşaat MMC QSC-nin struktur bölmələrində avalandırma,santexnika,istilik sistemi,işıqlandırma və s. işləri üzrə podtratçısı olub. Şirkətlə 223 min 74,63 manat məbləğində müqavilə imzalanıb.
Bakı-Mexaniki-Təmir ATSC “Bakı Metropoliteni”n sifarişinə əsasən "N.Nərimanov" elektrik deposu ərazisində tikanlı məftildən , metal profildən xüsusi tipli mühafizə hasarının və 17, 24, 40 saylı şaxtaların üzərində metal konstruksiyadan ventilyasiya köşklərinin hazırlanıb quraşdırılması işlərini həyata keçirəcək. Şirkətlə imzalanan müqavilənin dəyəri 272 min 527,79 manatdır.
O cümlədən, “Bakı Metropoliteni” "Təlim Tədris Mərkəzində" video, audio sisteminin quraşdırılması və işə buraxılması işlərinin satınalınması məqsədilə İnteqreyted Servis MMC-ni cəlb edib. Müqavilənin dəyəri 67 min 336,7 manatdır. **
N.Abbasova