Azərbaycan 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ötən həftə Azərbaycan və Türkiyə prezidentləri arasında əldə olunan razılığa əsasən, 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunur”, - Çavuşoğlu özünün Twitter səhifəsində yazıb.
Hazırda Türkiyə vətəndaşları Azərbaycanın aeroportarında vizanı rəsmiləşdirə bilərlər. **
N.Abbasova, F.İsazadə