2019-cu ilin birinci yarısında Azərbaycanda 20,376 min “Elektron imza” (“E-imza”) sertifikatı istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“2019-cu ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərə (sahibkarlara) 4,458 min, vətəndaşlara – 2,402 min, dövlət orqanları əməkdaşlarına – 13,484 min, qeyri-rezidentlərə - 32 “E-imza” sertifikatı verilib”, - nazirlikdən bildiriblər.
1 iyul tarixinə olan vəziyyətə görə, Azərbaycanda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 187,314 min olub. Eyni zamanda, 104,802 min dövlət strukturlarının əməkdaşlarına, 46,034 min - hüquqi və fiziki şəxslərə (sahibkarlara), 36,478 min – vətəndaşlara verilib.
2019-cu ilin birinci yarısı ərzində autentifikasiya və elektron imza əməliyyatlarının ümumi sayı 10 mln. 675,293 min təşkil edib. Bunun 8 mln. 992,379 mini dövlət strukturları, 1 mln. 645,574 mini hüquqi və fiziki şəxslər, 37,34 mini vətəndaşların payına düşüb.
Cari ilin ikinci rübündə 3 mln. 973,472 min əməliyyat aparılıb. Onlardan dövlət qurumlarının payına 3 mln. 507,322 min, hüquqi və fiziki şəxslərin payına 453,93 min, vətəndaşların payına 12,22 min autentifikasiya və elektron imza əməliyyatı düşüb. **
N.Abbasova