2019-cu ilin birinci rübünün yekunları üzrə Azərbaycanda sığorta bazarının aktivləri 1 mlrd. 229 mln. 828,2 min manat təşkil edib, bu da 2018-ci ilin sonuna olan göstəricidən 16,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a maliyyə bazarında mənbə məlumat verib.
Eyni zamanda, bank hesablarında 397,748 mln. manat (aktivlərin 32,3%-i), uzunmüddətli maliyyə aktivlərində - 344,633 mln. manat (28%), debitor borc - 179,465 mln. manat (14,6%), qalanı – digər aktivlərdə toplanıb.
Aprelin əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 349,201 mln. manat təşkil edib, bu da 2018-ci ilin sonuna olan göstəricidən 4,5% çoxdur.
Sektorun sığorta ehtiyatları 652,358 mln. manat (artım 24,6%), bölüşdürülməmiş gəliri – 127,703 mln. manat (azalma 1,7%) təşkil edib.
2019-cu il aprelin 1-nə sığorta sektorunda 34 hüquqi şəxs qeydiyyata alınıb, onların 33-ü özəl hüquqi şəxsdir (8 şirkətdə xarici kapital var - İF). Həmçinin, 22-si sığorta, 1-i təkrarsığorat, 11-i broker şirkətdir.
Yanvar-mart aylarında Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1 min 304,2 manat təşkil edib, bu da 2018-ci ilin sonuna olan göstəricisindən 4,6% azdır. **
Ə.Məmmədov