Azərbaycan yığması XV Avropa Gənclər Yay Olimpiya Festivalında («EYOF Baku-2019») ümumi hesabda 2-ci yerdədir.
Oyunların keçirildiyi altı gündən sonra Azərbaycan idmançılarının aktivində 20 medal var: 9 qızıl, 6 gümüş və 5 bürünc. Ötən gün ərzində Azərbaycan yığması bir bürünc medal qazanıb.
Ümumi medal hesabında Rusiya yığması 42 medalla (18, 10, 14) liderdir. İyulun 25-də Rusiya idmançıları 5-I qızıl olmaqla, 10 medal qazanıblar.
Üçüncü yerdə aktivində 18 medal ilə (8, 5, 5) Türkiyə idmançıları qərarlaşıb.
O cümlədən, Böyük Britaniya, İtaliya, Polşa, Almaniya, Rumıniya, Ukrayna və Xorvatiya onluğa daxildir.
Bütövlükdə, 32 ölkədən idmançılar medallar, həmçinin 22 ölkənin nümayəndələri hər biri bir qızıl medal qazanıblar.
XV Avropa Gənclər Yay Olimpiya Festivalı 20-28 iyul tarixlərində Bakıda keçirilir. Festivalda Avropanın 50 ölkəsindən 3,6 mindən artıq gənc idmançının (14-18 yaş) və texniki heyətin iştirakı gözlənilir. 12 idman obyektində keçiriləcək yarışlarda atletlər idmanın 10 növü – bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Tədbirə 2,5 mindən çox könüllü cəlb edilib.**
F.İsazadə