2019-cu ilin I yarısında “Azər-Türk Bank”ın aktivləri 8,8% - 336,009 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il iyunun 30-na bankın kredit portfeli 159,01 mln. manat (azalma 4%) təşkil edib.
Bankın öhdəlikləri 281,908 mln. manata bərabərdir (azalma 10,5%).
İyunun sonuna bankda müştərilərin hesabları 179,554 mln. manat təşkil edib (azalma 10,4%).
2019-cu il iyunun 30-na bankın kapitalı 54 mln. 101,217 min manata (artım 1,2%), nizamnamə kapitalı 50 mln. manata (dəyişməyib) bərabərdir.
Cari ilin yanvar-iyun aylarının yekunları üzrə bankın xalis mənfəəti 773,846 min manat təşkil edib (2018-ci ilin birinci yarım ili ilə müqayisədə artım 2,2 dəfə).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb və ölkənin aparıcı 15 bankı sırasına daxildir. Bankın əsas səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsidir (75%) Həmçinin, Türkiyənin “T.C.Ziraat Bankasi”, “AzRe” təkrarsığorta şirkəti və “Qala Həyat Sığorta” şirkəti bankın səhmdarlarıdır.**
Ə.Məmmədov