Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 2020-ci ilin aprel ayında Rusiyadan aldığı uzaq məsafəli zenit-raket sistemi S-400-ü silahlanmaya qəbul etmək planlarını təsdiq edib. Bu barədə cümə günü Bloomberg agentliyi məlumat verir.
“Ərdoğan bəyan edir ki, 2020-ci ilin aprel ayına qədər S-400 silahlanmaya qəbul olunacaq”, - agentlik yazır.
O cümlədən, Ərdoğan ABŞ-ın bu vəziyyətə məntiqlə yanaşacağına ümid edir. “Ümid edirəm ki, ABŞ məntiq nümayiş etdirəcək”, - prezident bildirib. **