Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Vaşiqton F-32 təyyarələrini Türkiyə tərəfinə verməyə imtina edərsə, o zaman Ankara alternativ variantları nəzərdən keçirməyə hazırdır.
“F-32 təyyarələrini Türkiyəyə vermək istəmirsiniz? O zaman qüsura baxmayın: Ankara alternativ variantları nəzərdən keçirəcək”, - Anadolu agentliyi Türkiyə liderinin sözlərindən sitat gətirir.
Öncə ABŞ-da bəyan ediblər ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemi almaq qərarı Ankaranın F-35 proqramında iştirakını qeyri-mümkün edir. Eyni zamanda, Vaşinqtonda Ankara ilə hərbi əməkdaşlığın davam etdirlməsinə yönəldikləri vurğulanıb. **