2019-cu ilin I rübündə Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması xərcləri 42,587 mln. manat təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur.
Eyni zamanda, xərclərin 26,9%-i – 11,47 mln. manatı agentlərə komissiya haqqlarının ödənişinin payına düşüb (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə azalma 27,7%).
12,223 mln. manat (artım 26,2%) və ya xərclərin 28,7%-i əmək haqqlarının ödənişinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 5,063 mln. manat (artım 2,6 dəfə), sosial ayırmalar – 1,943 mln. manat (azalma 6,8%), icarə üzrə ödənişlər – 1,481 mln. manat (azalma 6,2%) təşkil edib.
Bundan əlavə, hesabat dövründə sığorta sektoru 939,5 min manat reklama xərcləyib, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisindən 11,8% azdır.
2018-ci ildə Azərbaycanda sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqlarının ödənişinə 63,5 mln. manata yaxın vəsait xərcləyib (2017-ci illə müqayisədə artım 19,8%). Bütövlükdə, ötən il sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 32%-i agentlərə komissiya haqqlarının ödənişinin payına düşüb. **
Ə.Məmmədov