Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə cümə günü keçirdiyi mətbuat konfrasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“Son aylarda neftin qiymətinin sanitləşməsi, aşağı inflyasiya və makroiqtisadi vəziyyətin stabil olması uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsini şərtləndirib”, - E.Rüstəmov bildirib.
Faiz dəhlizinin aşağı həddi 6,5%-dən 6,25%-dək, yuxarı həddi 10,5%-dən 10,25%-dək endirilib.
“Bu qərar iyulun 26-dan qüvvəyə minir”, - o əlavə edib. **
Bu, 2019-cu ilin əvvəlindən uçot dərəcəsinin artıq 5-ci dəfə endirilməsidir. Öncə AMB 2019-cu ilin fevral ayında uçot 9,25%-ə, martda - 9%-ə, apreldə - 8,75%-ə, iyunda 8,5%-ə endirib.
Rüstəmov qeyd edib ki, faiz dəhlizi üzrə qərarlar bundan sonra inflyasiyanın faktiki və proqnozlaşdəırılan səviyyəsindən, həmçinin risk ssenarilərinin reallaşdırılmasından asılı olaraq qəbul olunacaq.
“İnflyasiya riskləri bir qədər azalıb, bu monetar siyasətin notrmallaşmasını davam etdirməyə imkan yaradacaq. Eyni zamanda, bir sıra daxili və xarici inflyasiya risklərini nəzərə alaraq, pul siyasətinin antiinflyasiya xarakterini qoruyub saxlamağı üstün tuturuq”, - AMB-nin sədri bildirib.
AMB növbəti dəfə uçot dərəcəsinin təkrar baxılması məsələsini sentyabrın 13-də iclasda müzakirə edəcək.
Ə.Məmmədov