2019-cu ilin birinci yarısında Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% - $49 mlrd.-a qədər artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“Birinci yarım ilin yekunları üzrə ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən $4,2 mlrd. artaraq $49 mlrd.-ı keçib”, - Rüstəmov bu gün mətbuat konfransında bildirib.
2018-ci ilin sonuna olan vəziyyətə görə, valyuta ehtiyatları $44,8 mlrd. təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.**
Ə.Məmmədov