İrana məxsus yük gəmisi Lənkəran limanı yaxınlığında qəzaya uğrayıb, xilasetmə əməliyyatı həyata keçirilir. Bu barədə “Dövlət Dəniz Agentliyi məlumat verir.
“Bu gün saat 14:10-da İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub. Gərargah tərəfindən FHN-in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir”, - məlumatda deyilir. **
N.Abbasova