Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə orta illik inflyasiyanın 4% (± 2%) səviyyəsində olacağı proqnozunu təsdiq edib, bu da inflyasiya riskərinin azalması ilə əlaqədardır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
“Aparılan sorğular göstərid ki, inflyasiya riskəri tədricən azalır. İyunda rəy bildirənlərin yalnız 2,3%-i inflasiya tepmlərinin sürətlənməsini gözlədiklərini qeyd ediblər. Bu, cari ilin mart ayı ilə müqayisədə 10 faiz punktu azdır”, - Rüstəmov bu gün mətbuat konfransında bildirib.
O qeyd edib ki, ilin sonunadək inflyasiya tepmləri bir qədər sürətlənə bilər, lakin proqnozlaşdırılan diapazonda qalacaq.
“İlin sonuna inflyasiyanın proqnozumuzun medianasından bir qədər yüksək olacağını gözləyirik”, - Rüstəmov əlavə edib.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.
2019-cu ildə orta illik inflyasiyanın 3,8% səviyyəsində olacağını proqnozlaşdırılır. **
Ə.Məmmədov