Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Xzəər dənizində qəzaya uğrayan Şəbahəng” quru-yük gəmisinin 9 nəfərdən ibarət olan ekipajını tam heyətlə xilas ediblər. Bu barədə DSX-dən məlumat verilir.
“Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke¬çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy¬yatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də İrana məxusu gəmi batıb.
Xəbər verildiyi kimi, cümə günü saat 14:10-da İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub. Gərargah tərəfindən FHN-in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir. **
N.Abbasova