Fövqəladə Hallar Nazirliyinin DövlətYanğından MühafizəXidməti Bakının Nərimanov rayonunda yerləşən “Metropark” ticarət və əyləncə mərkəzində meydana gələn yanğını söndürüb. Bu barədə FHN-dən məlumat verilir.
“Yeddimərtəbəli binanın 2-ci və 3-cü mərtəbələrində şaxta boyunca 10 p.m elektrik kabeli yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumada qeyd olunur. **
N.Abbasova