“Azərenerji” ASC 385 MVt gücündə “Qobu” elektrik stansiyasının layihələndirilməsi və tikintiyə nəzarət məqsədilə məsləhətçi seçir. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilir.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı – 500 manatdır.
Tenderdə zəruri texniki və maddi imkanlara malik olan şirkətlər iştirak edə bilər.
Tender təklifləri avqustun 27-də saat 10:00-dək qəbul olunur. Tender proseduru avqustun 28-də saat 10:00-da keçiriləcək. **
N.Abbasova