Ermənistan snayperləri təmas xəttində yerləşən Azərbaycanın döyüş mövqelərindən arxa istiqamətdə hərəkətdə olan hərbi yük maşınını atəşə tutub. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilir.
“Təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib. Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulmuş, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib”, - məlumatda qeyd olunur.
Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir. **
N.Abbasova