“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında iştirak edəcək Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“BOO - 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu”, “Səhra mətbəxi” və “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak etmək üçün Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüb”, - məlumatda deyilir.
Yarışlar avqustun 3-dən 17-dək keçiriləcək. **
N.Abbasova