Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindənməlumat verilib.
“28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub”, - məlumatda deyilir.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub. **
N.Abbasova